Almaniyada iki ən böyük həmkarlar ittifaqının təşkil etdiyi etiraz aksiyaları səbəbindən ictimai nəqliyyat tamamilə işləməyəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata, hava və dəniz limanlarında, dəmir yollarında, avtobuslarda və metroda 24 saatlıq tətil aksiyası keçirilir.
Həmkarlar ittifaqları inflyasiyanın artması səbəbindən daha çox maaş verilməsini tələb edirlər.
Bugünkü etiraz aksiyası ölkədə son illərdəki ən böyük tətildir.
Aysu Demokrat.az


