İdman

Bu gün Avropa çempionatının seçmə mərhələsinə start veriləcək

Bu gün Avropa çempionatının seçmə mərhələsinə start veriləcək

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi start veriləcək.

"Report"un məlumatına görə, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edəcək.

C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta görüşü də təşkil olunacaq.

AVRO-2024, seçmə mərhələ

I tur C qrupu 23:45. İtaliya - İngiltərə 23:45. Şimali Makedoniya - Malta

H qrupu 19:00. Qazaxıstan - Sloveniya 22:45. Danimarka - Finlandiya 22:45. San Marino - Şimali İrlandiya

J qrupu 23:45. Portuqaliya - Lixtenşteyn 23:45. Slovakiya - Lüksemburq 23:45. Bosniya və Herseqovina - İslandiya

D
demokrat.az