Pakistanın Bəlucistan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 10 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bazar günü gecə saatlarında Xuzdar, Zob və Avaran şəhərlərinə güclü yağış yağıb.
Təbii fəlakət nəticəsində səkkizi bir ailənin üzvü olmaqla 10 nəfər həlak olub. Ölənlər arasında iki uşaq və üç qadın var.
Bölgədəki binalara ziyan dəyib.//APA


