Dünya

Aİ Ukraynaya 1,5 milyard avro makromaliyyə yardımının ikinci tranşını verəcək

Aİ Ukraynaya 1,5 milyard avro makromaliyyə yardımının ikinci tranşını verəcək

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya 1,5 milyard avro dəyərində makromaliyyə yardımının ikinci tranşını verəcək.

Bu barədə cümə günü Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis “Twitter” hesabında yazıb.

O bir daha bəyan edib ki, Aİ Ukraynaya lazım olduğu qədər dəstək göstərmək niyyətindədir.

Xatırladaq ki, 2023-cü il üçün Aİ-dən Ukraynaya güzəştli kredit verilməsi şəklində 18 milyard avro makromaliyyə yardımı proqramı hesablanıb.

NE
Nihadə Eyyubova