Təxminən 25 ton ağırlığında çadır və humanitar yardımla Yaponiyadan havaya qalxan təyyarə Adanaya eniş edib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Fevralın 6-da Kahramanmaraşda baş verən iki böyük zəlzələdən zərər çəkən vilayətlərə daxili və beynəlxalq yardımlar davam etməkdədir.
Müxtəlif ölkələrdən gələn yardım ləvazimatları və ya yardım qrupları, gələn yardım materiallarının zəlzələ bölgələrinə çatdırılması üçün logistik mərkəzə çevrilən Adana İncirlik 10-cu Tanker Baza Komandanlığına gətirilir.
Bu gün günorta saatlarında Yaponiyadan havaya qalxan yardım təyyarəsi bazaya enib. Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro təyyarəni gətirən yapon karvanını qarşılayıb.
Aysu Demokrat.az


