Təhsil Nazirliyi Milli Meclisin bugünkü iclasında Musa Qasımlının qurum haqqında dediyi fikirlərə münasibət bildirib.
Deputat çıxışında Yardımlı rayonundakı məktəbin tikintisi barədə iddialar irəli sürüb.
Həmin iddialara Təhsil Nazirliyi cavab verib:
“Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yalnış təəssürat yaradıb.
Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat “Reyhan MMC”tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur.
Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4-5 şagird təhsil alıb.
Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqətidayandırıb”,- deyə qurumdan bildirilib. (oxu.az)


