Dünya Özəl

Slovakiya Ukraynaya 13 MİQ-29 qırıcısı göndərəcək

Slovakiya Ukraynaya 13 MİQ-29 qırıcısı göndərəcək

Slovakiyanın baş naziri Eduard Heqer Ukraynaya Sovet istehsalı olan 13 ədəd MiQ-29 döyüş təyyarəsi göndərəcəklərini açıqlayıb.

Demokrat.az xəbər verir ki, NATO üzvü olan Polşadan sonra Ukraynanın Rusiyaya qarşı döyüş təyyarələri tələbinə Slovakiya cavab verib.

Eduard Heqer sosial media hesabında Slovakiya hökumətinin Ukraynaya Sovet istehsalı olan 13 ədəd MiQ-29 döyüş təyyarəsinin göndərilməsinə icazə verdiyini bəyan edib: "Vədlərə əməl edilməlidir.

Zelenski daha çox silah, o cümlədən döyüş təyyarələri istəyəndə dedim ki, biz əlimizdən gələni edəcəyik. Mən şadam ki, başqaları da belə edir”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova