Dünya Özəl

El Salvadorun həbsxanası — Məhkumlar ayaqyalın, yarıçılpaq və başıaşağı gətirilir

El Salvadorun həbsxanası — Məhkumlar ayaqyalın, yarıçılpaq və başıaşağı gətirilir

Daha 2000 terror qruplaşmasının üzvü El Salvadorun dünya həbsxana şərtlərini pozan meqahəbsxanasına köçürülüb.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki,məhkumlar yenidən həbsxanaya ayaqyalın, yarıçılpaq və başıaşağı gətirilib.

Bu həbsxana El Salvadorda terrorçu dəstə üzvləri üçün tikilib.

Son məlumatlara əsasən daha 2000 dəstə üzvü həbsxanaya köçürülüb.

Məhbuslar bu həbsxanaya yalnız ağ şortik geyinərək, ayaqyalın, əlləri tərs qandallı şəkildə gətirilib.

“Sayı 4000-ə çatan, Terrorçuluq Təcridxanasına köçürülən bütün bu terrorçu dəstə üzvləri heç vaxt şəhərlərinə qayıtmayacaqlar”.- deyə El Salvadorun ədliyyə naziri məhbusları hədələyib.

. Bununla belə, İnsan Haqları təşkilatı qeyd edib ki, buradakı çox həbs əsassız ola bilər.

Qeyd edək ki, həbsxanada saxlanılanlara işgəncələr verilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova