Dünya Özəl

400 il azadlıqdan məhrum edildi və...

400 il azadlıqdan məhrum edildi və...

ABŞ-da prokurorlar silahlı quldurluğa görə 400 il həbs cəzasına məhkum edilmiş, 34 ildən artıq həbsxanada yatmış Holmsa qarşı irəli sürülən ittihamları rədd ediblər.

Demokrat.az xəbər verir ki, günahsız yerə məhkum edilmiş 57 yaşlı məhbus Floridada həbsxanadan azad edilib.

Holms azad olunduğunu biləndə deyib:

"Mən heç vaxt ümidimi itirməmişəm və həmişə bilirdim ki, bu gün gələcək. 34 ildən artıqdır ki, ilk dəfədir, azad dünyada anamı qucaqlamaq üçün səbirsizlənirəm".

Qeyd edək ki, Holms 1988-ci ildə ticarət mağazası qarşısında iki nəfərə silahlı soyğunçuluq etməsi iddiası ilə əlaqədar həbs edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova