Berlində səfərdə olan İsveçin baş naziri Ulf Kristersson Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransı keçirib.
Demokrat.az xəbər verir ki, mətbuat konfransında sualları cavablandıran Ulf Kristersson İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
İsveçin NATO-ya üzvlüyünün yaxınlaşdığını deyən Ulf Kristersson bildirib:
"NATO-ya üzvlüyümüz Türkiyədəki seçkilərin nəticələrindən asılı olacaq. Ümid edirik ki, Türkiyədəki seçkilərdən sonra tez bir zamanda İsveçin və Finlandiyanın NATO-ya üzvlüyü üçün təsdiq prosesi başlayacaq".
Aysu Demokrat.az


