Türkiyənin Bolu şəhərində zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, zəlzələ İstanbulda da çoxlu sayda vətəndaş tərəfindən hiss olunub. .
Avropa Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 4,8 bal gücündə olub.
Zəlzələdən sonra Bolu valisi Erkan Kılıç və İstanbul valisi Ali Yerlikaya təbii fəlakətin heç bir zərər vurmadığını açıqlayıblar.
Qeyd edək ki, zəlzələ Türkiyə vaxtı ilə saat 13.55-də yerin 8 kilometr dərinliyində baş verib. AFAD zəlzələnin episentri olaraq Bolu-Mərkəzi göstərib.
Aysu Demokrat.az


