Fransanın paytaxtı Parisdə bir neçə gündür davam edən təmizlik işçilərinin etiraz aksiyalarının martın 20-dək davam etdirilməsi qərarı verilib.
Demokrat.az xəbər verir ki, etiraz aksiyaları ilə əlaqədar bir neçə gündür Parisin küçələrinin zibilləri toplanılmır.
Təmizlik işçiləri tərəfindən verilən son açıqlamalarda aksiyaların martın 20-dək davam edəcəyi deyilir.
Küçələrin vəziyyətindən narahat olan şəhər sakinləri öz şikayətlərini Paris merinə bildiriblər.
Paris sakinləri şəhərdə siçovulların və digər canlıların çoxalması ilə bağlı narahatlıq keçirir. 
Aysu Demokrat.az


