"Bayramqabağı bu cür bahalaşmalar təkcə Azərbaycanda deyil, bütün ölkələrdə oxşar hallar olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.
O, bildirib ki, bu, istənilən bayram, tədbir, mövsüm ərəfəsi və yaxud insanların hər hansısa bir məhsula tələbatının artdığı dövrdə ticarət fəndidir:
"Onu bütün dünya ticarətçiləri tətbiq edir, o cümlədən də Azərbaycan. Bilirsiniz ki, ticarət bünövrəmizin təməli çox yüksək səviyyədə qoyulduğu üçün biz də bundan çox məharətlə istifadə edirik. İllər boyu belə olub, indi də belədir. İnşallah, nəticələrimiz də bu mühitdə yaşayacaqlar! Nə qədər ki, bəşəriyyət var, ticarət aləmində belə bir anlayışlar olacaqdır. Yəni, tələbata uyğun da qiymətlər artırılır. Hardasa sağlam rəqabət və ya bazarda alternativ məhsul olsa, bahalaşma hardasa səngiyə bilər. Bizdə indi guya yarmarkalar keçirilir, televiziyada işıqlandırırlar. Amma, bu hamısı süni xarakter daşıyır. Çünki heç bir kəndli yarmarkada gəlib məhsulunu satmır. Biz onun araşdırmalarını aparılmışıq.
Digər ticarət obyektlərindən ticarətçilərini cəlb edirlər, məhsullar da sadəcə olaraq 5-10 faiz ucuz olur. O da keyfiyyətində seçilmələrlə. Sadəcə olaraq, vətəndaşlar bahalığa düşməmək üçün öncədən bazarlıq etməlidir, ya da səbrlə yola vermək lazımdır. Bu proses hər zaman belə davam edəcək. Bu bazar münasibətləridir, qiymətləri də sahibkar özü müəyyən edir. Biz isə bu oyunun iştirakçılarıyıq".
Nəzrin Demokrat.az


