Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak Çinin dünya nizamına meydan oxuduğunu söyləyərək, ölkə əhalisini ayıq-sayıq olmağa çağırıb.
Demokrat.az xəbər verir ki, Avstraliya-ABŞ-İngiltərə arasında Təhlükəsizlik Paktının təfərrüatlarını müzakirə etmək üçün ABŞ-da səfərdə olan Rişi Sunak BBC-yə açıqlamasında dünyada baş verən geosiyasi hadisələrdən danışıb:
"Dünya daha qeyri-sabit bir yerə çevrilib və təhlükəsizliyimizə təhdidlər artır. Bu səbəbdən də biz Silahlı Qüvvələrə ayrılan büdcəni artırdıq. Qarşıdakı 2 il ərzində isə Böyük Britaniyanın müdafiə xərcləri təxminən 5 milyard funt sterlinq artacaq".
Aysu Demokrat.az


