Sosial Özəl

Yerə "semeçki" yeyib atanlar da cərimələnə bilərlər — Deputatdan cəza TƏKLİFİ

Yerə semeçki yeyib atanlar da cərimələnə bilərlər — Deputatdan cəza TƏKLİFİ

"İctimai yerlərdə nəlayiq davranışlar inzibati məsuliyyət yaradır. İstər həmin yerlərdə yaşıllığı məhv etmək, yaxud ətrafı zibilləmək, hündürdən danışmaq, müəyyən xoşagəlməyən ifadələr işlətmək, sözsüz ki, bir mədəniyyətsizliyin, həm də səviyyəsizliyin nümunəsidir. Belə hallara yol vermək olmaz!".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Yerə semeçki yeyib atanlar da cərimələnə bilərlər — Deputatdan cəza TƏKLİFİ

Deputat bildirib ki, Azərbaycanda belə halların çox olması təəssüf doğurur:

"Bir də görürsən ya gəncdir, ya da yaşlıdır, oturub skamyada. Əlində də hansısa kağız parçası, "semeçki" yaxud da başqa ərzaq məhsulu yeyir. Sonra da yanında zibil qutusu olduğu halda yerə atır gedir. Buradan hər gün minlərlə adam keçir. Hərə bir balaca kağız parçası tullasa, onda atmosferdən, ekologiyadan, təmizlikdən danışmaq mümkün deyil! Bizim hər birimiz buna qarşı barışmaz olmalıyıq. Çünki ətrafın zibillənməsi bizim həyatımız üçün təhlükəli infeksiyalar yarada bilər. Onun üçün də maarifləndirmə tədbirləri aparılmalıdır. İctimai qınaq olmalıdır, insanlar əyani nümunələrlə tanış olmalıdırlar və onlara iradlar bildirilməlidir. Belə insanlar haqqında təkrar olunursa, yaxud onlar müəyyən tələblərə əməl etmirlərsə, sözsüz ki, onlar haqqında inzibati cəzalar tətbiq edilə bilər.

Cərimələr cəza formasında, yəni, azadlıqdan müəyyən müddətə məhrum edilməklə nəticələnə bilər. Hardasa bir sürücü yol polisinin tələblərinə əməl etmir, bərk sürür. Ancaq lazımi tədbir görülür, cərimə olunur, ya da qətimkarı tədbiri seçilir. Ona görə də, ciddi tədbirləri gücləndirilməlidirlər".

Aynurə Demokrat.az

D
demokrat.az