Dünya Özəl

İtkin düşən Tayvan əsgəri Çində tapıldı

İtkin düşən Tayvan əsgəri Çində tapıldı

Ötən həftədən bəri itkin düşən Tayvan əsgərinin Çinin sahil hissəsində tapıldığı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bunula bağlı Tayvanın Çin ilə əlaqələrinə cavabdeh olan Quruluşlar Şurasının üzvü Çiu Tai-san açıqlama verib.

Çiu Tai-san Pekin rəhbərliyindən onlara məlumat verildiyini və Çen adlı Tayvanlı əsgərin Çində olduğunu bildirib.

Əsgərin sağ olub-olmaması ilə bağlı isə heç bir məlumat verilməyib.

Xatırladaq ki, Tayvanın Müdafiə Nazirliyi cümə axşamı günü bildirmişdi ki, sözügedən əsgər Taypeyin nəzarətindəki Kinmen adalarında yoxa çıxıb.

Aysu Demokrat.az

D
demokrat.az