Dünya Özəl

Bayden bank böhranları ilə bağlı açıqlama verdi

Bayden bank böhranları ilə bağlı açıqlama verdi

Prezident Co Bayden ABŞ-da bankların üzləşdiyi maliyyə böhranı ilə bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, Bayden maliyyə böhranının təkrarlanmaması üçün müvafiq tədbirlər görüldüyünü bildirib. ABŞ prezidenti ölkənin bank sisteminə etimad yaranması üçün çağırışı edib:

“Amerikalılar “Silicon Valley Bank” və “Signature Bank”ın dağılmasından sonra ölkəmizin bank sisteminin təhlükəsiz olduğuna inana bilərlər. Onlar bilərəkdən riskə getdilər və riskə adekvat cavab verə bilmədikləri üçün pullarını itirirlər. Kapitalizm belə işləyir”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova