Siyasət

Əli Əsədov Albaniya Prezidenti və Kailaş Satyarti ilə görüşüb

Əli Əsədov Albaniya Prezidenti və Kailaş Satyarti ilə görüşüb

Azərbaycan RespublikasınınBaş naziri Əli Əsədovmartın 13-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək qiymətləndirilib.

Prezidentİlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib.

Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu gün ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə də görüşüb.

Görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulandı, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirildi.

Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirildi.

Eyni zamanda digər aktual mövzular ətrafında müzakirələr aparıldı.

NE
Nihadə Eyyubova