Bərdə rayonunda qadına qarşı quldurluq etməkdə təqsirli bilinən Emin Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Mikayıl Məmmədzadənin icraatına verilib.
Məhkəmə iclası martın 17-nə təyin olunub.
Qeyd edək ki, ötən ilin nyabrın 13-də naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməsi barədə Bərdə rayon polis şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb.
Həmçinin hadisə zamanı istifadə edilən bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.
Emin Qarayevin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


