Moskva Ukraynada ələ keçirilən ABŞ silahlarının bir hissəsini araşdırma üçün Tehrana göndərib.
Demokrat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, xüsusən “Javelin” tank əleyhinə sistemlər və “Stinger” zenit sistemləri üzərində İrandan araşdırma aparıldığı qeyd olunub.
Ehtimal olunur ki, İran hərbçiləri silahı söküb, tədqiq edəcək, sonra isə analoqlarını hazırlayacaq.
Xatırladaq ki, bir gün əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın İranla xüsusi hərbi əməliyyatda yardım üçün görünməmiş müqavilə bağladığını bildirib.
Demokrat.az


