Səbail rayon İcra Hakimiyyəti rayonun Buxta küçəsi sakinlərinin şikayətinə reaksiya verib.
Rayon İcra Hakimiyyətindən Demokrat.az-a bildirilib ki, sakinlərin şikayətçi olduğu ərazi nəzarətə götürülüb.
"Son illərdə Səbail rayonu ərazisində 65 km dan artıq asfalt örtüyü çəkilib. Sakinlərin müraciətində qeyd olunan ünvan artıq nəzarətə götürülüb və aidiyyəti qurumlarla birgə 2023-cü ildə asfalt örtüyünün təmin edilməsi nəzərdə tutulub. Hazırda işlər mərhələli şəkildə davam etdirilir. Sakinlərin şikayətçi olduğu ünvan nəzarətdə saxlanılır", - deyə İcra Hakimiyyətindən açıqlama verilib.
Qeyd edək ki, bir neçə gün öncə Səbail rayonu Buxta küçəsinin sakinləri küçələrin pis vəziyyətdə olması ilə bağlı narazılıqlarını dilə gətiriblər.
Sakinlər Demokrat.az vasitəsilə problemlərini ictimailəşdiriblər.
Aysu Demokrat.az


