Sosial Özəl

“Azərbaycanda suya qənaət məsələsinə əhəmiyyət verilmir” — Etibar Məmmədov ŞİKAYƏTLƏNDİ

“Azərbaycanda suya qənaət məsələsinə əhəmiyyət verilmir” — Etibar Məmmədov ŞİKAYƏTLƏNDİ

“Azərbaycanda suvarma zamanı sudan ifrat dərəcədə istifadə olunur”.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamada “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.

O deyib ki, Azərbaycanda suya qənaət məsələsinə ciddi əhəmiyyət verilmir:

"İnsanlar bu kimi ciddi məsələlərə laqeyd yanaşır. Bu tip yanaşma faciələrə səbəb ola bilər. Buna görə də vətəndaşları daha qənaətli və məsuliyyətli olmağa çağırıram. İtkinin qarşısının alınması üçün abonentlərdən çox şey aslıdır. Sudan qənaətli şəkildə istifadə problemləri minimuma endirə bilər".

Etibar Məmmədov qeyd edib ki, su ilə bağlı problemlərin həlli üçün bu il pul ayrılması nəzərdə tutulur:

"Bununla da bir sıra yeni lahiyələrə imza atılması nəzərdə tutulur. Lahiyələrin təşkil olunmasında əsas məqsəd su ehtiyatının artırılması və su qıtlığının aradan qaldırılmasıdır".

Aysu Demokrat.az

D
demokrat.az