Sosial Özəl

Rafiq Aslanov: “Su itkisinin 30 faizdən 5 faizədək azalması nəzərdə tutulur”

Rafiq Aslanov: “Su itkisinin 30 faizdən 5 faizədək azalması nəzərdə tutulur”

“Su itkisinin 30 faizdən 5 faizədək azalması nəzərdə tutulur”.

Demokrat.az xəbər verir ki, bu sözləri Meliorasiya və su təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov mətbuata açıqlamasında bildirib.

Müavin deyib ki, su infrastrukturun qurulması ilə bağlı prezident tərəfindən bır sira sənədlər imzalanıb:

"Bu sənədlər bərpa işlərinin görülməsi ilə bağlıdır. Həmçinin bir sıra kanalların bərpasına başlanıb. Bununlada su itkisinin 30 faizdən 5 faizədək azalması nəzərdə tutulur".

Rafiq Aslanov həmçinin işğaldan azad olunan ərazilərimizdə də bərpa işlərinin davam etməsindən danışıb:

"Bu bərpa işlərinin oktyabr ayında bitməsi nəzərdə tutulur. Bərpa işlərinin birinci mərhələsində 9 min km kanalın bərpası nəzərdə tutulur. Su itkilərinin çox olmasının əsas səbəblərindən biri su sistemlərinin köhnə, yararsız vəziyyətdə olmasıdır".

Aysu Demokrat.az

D
demokrat.az