Bu il “Oskar” mükafatları ilə əlaqədar xəbərlərin manşetlərində "qırmızı xalça" vurğusu yer almayacaq.
Demokrat.az xəbər verir ki, bu il 95-ci dəfə keçiriləcək “Oskar” mükafatları 62 ildən sonra sürpriz bir dəyişiklik edib.
Kino dünyasının səbirsizliklə gözlədiyi gecədə simvolik qırmızı xalçanın rəngi dəyişəcək.
Xatırladaq ki, 1961-ci ildən qırmızı rəngdə olan ikonik xalça indi şampan şərabının rənginə çevrilib. Onu da bildirək ki, hər il olduğu kimi bu il də məşhur tok-şou aparıcısı Kimmelin aparıcılığı ilə Hollivuddakı “Dolby Theatre”da “Oskar” mükafatı təqdim olunacaq.
Aysu Demokrat.az


