Xarici siyasət Özəl

Ermənistan-Azərbaycan məsələlərində ABŞ-ın mövqeyi dəyişə bilərmi?

Ermənistan-Azərbaycan məsələlərində ABŞ-ın mövqeyi dəyişə bilərmi?

“Ned Prays kifayət qədər güclü diplomat idi. Bunu Blinken də təsdiq edir. Və onun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində xüsusi bir fəallığı var idi. İntensiv olaraq bir sıra bəyanatlarla çıxışlar edirdi.

Bu zaman bəzi suallar yaranır: Ned Praysın istefaya göndərilməsindən sonra bu məsələrlə bağlı ABŞ-ın mövqeyində və proseslərə münasibətində dəyişikliklər ola bilərmi?

Düşünürəm ki, xeyr. Heç bir dəyişiklik olmayacaq. Dəyişiklik olacağını gözləməyə də dəyməz".

Bu sözləri Demokrat.az-a açıqlamada siyasi analitik Kənan Novruzov bildirib.

Ermənistan-Azərbaycan məsələlərində ABŞ-ın mövqeyi dəyişə bilərmi?
Ekspert bildirib ki, Ned Prays ümumiyyətlə həll edici şəxs deyil, əksinə icraedicidir:

"Ola bilsin ki, bəzi texniki dəyişikliklər olsun. Bəyanatların tərtibatı, forması və s. kimi fərqliliklər ola bilər. Məzmun eyni olaraq qalacaq. Çünki sözçü vəzifəsi deyilənləri ictimaiyyətə təqdim etməkdir".

Analitik həmçinin xatırlatdı ki ABŞ-ın Cənubi Qafqaz siyasəti stabildir:

"Hətta Entoni Blinken belə istefaya getsəydi, o zaman belə ciddi dəyişiklik gözləmək olmazdı. Çünki ABŞ da konkret hakimiyyət var. Qısaca olaraq sözçünün istefasından müsbət və ya mənfi heç bir dəyişiklik gözləməyə dəyməz".

Aysu Demokrat.az

D
demokrat.az