Ursula fon der Leyen yenidən Avropa Komissiyasının rəhbəri seçilməyəcəyi təqdirdə NATO-nun baş katibi postuna namizədliyini irəli sürəcək.
Demokrat.az xəbər verir ki, bu barədə “La Repubblica” yazır.
Nəşr qeyd edir ki, Avropa Komissiyasının rəhbərinin hazırlığı bir neçə həftə əvvəl başlayıb.
Xatırladaq ki, fevralın sonunda Boris Conson NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlamışdı. O, bu işdə şanslı olacağına ümid etdiyini bildirib.
Keçən il Kanada mətbuatı yazmışdı ki, NATO baş katibi postuna etnik ukraynalı olan Kanada baş nazirinin müavini və maliyyə naziri Kristia Frilandın namizədliyi nəzərdən keçirilir.
NATO-nun hazırkı baş katibi Stoltenberqin səlahiyyətləri sentyabrda başa çatır. Təşkilatın rəsmi nümayəndəsi Oanu Lungesku bildirib ki, Stoltenberq mandatının uzadılmasını istəmək niyyətində deyil.


