Xarici siyasət

Aİ-dən Tbilisidəki hadisələrə reaksiya: Bu qanun dəyərlərə uyğun gəlmir

Aİ-dən Tbilisidəki hadisələrə reaksiya: Bu qanun dəyərlərə uyğun gəlmir

Tbilisidə etirazlara səbəb olan xarici agentlər haqqında qanun Aİ dəyərlərinə uyğun gəlmir

Demokrat.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib. O bildirib ki, Tbilisidə etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsi Aİ dəyərlərinə uyğun gəlmir və Gürcüstanın ittifaqa daxil olmaq məqsədi ilə ziddiyyət təşkil edir.

“Hazırkı formada qanun vətəndaş cəmiyyəti və media təşkilatlarına soyuq təsir göstərə bilər. Bu qanun Aİ dəyərləri və standartları ilə bir araya sığmır”, - Borrell açıqlamasında bildirib.

Aİ diplomatiyasının rəhbəri qeyd edib ki, Avropa İttifaqı xarici agentlər haqqında qanunun qəbulu fonunda Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarına sadiq qalmağa çağırır. Borrell xalqın dinc etiraz etmək hüququnu da qeyd edib.

D
demokrat.az