Ruslarla qaraçılar arasında kütləvi dava — Ölən və yaralananlar var (VİDEO)

DÜNYA 15 iyn 2019, 08:47

Rusiyanın Penza vilayətində, Çemodanovka kənd sakinləri ilə qaraçılar arasında kütləvi dava olub.


Demokrat.az bildirir ki, insident nəticəsində 5 nəfər yaralanıb, 1 nəfər ölüb. 


Kənd sakinləri M-5 “Ural” federal avtomobil yolunu bağlayıblar.


Münaqişəyə qaraçıların kənddə yaşayan qızlara sataşması səbəb olub. Başqa bir ehtimala görə, qaraçılardan biri kənddə yaşayan yetkinlik yaşına çatmamış qızı zorlamaq istəyib. 

 

Kütləvi dava da bu səbəbdən baş verib.(Olke.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top