Dünya

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

ABŞ-nin Florida ştatında yüngül motorlu iki təyyarənin toqquşması nəticəsində azı 4 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qəza ilə bağlı araşdırma aparan Polk qraflığının şerif ofisi qurbanların sayının daha çox ola biləcəyini istisna etməyib.

Hadisə ştatdakı yerli gölün üzərində baş verib, təyyarənin qalıqları suya düşüb. Toqquşmanın səbəbləri müəyyənləşdirilir.

D
demokrat.az