Dünya Özəl

Türkiyə ilə Bruney arasında 5 müqavilə imzalandı

Türkiyə ilə Bruney arasında 5 müqavilə imzalandı

Türkiyədə səfərdə olan Bruney Sultanı Darüsselam Vaddaula ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında rəsmi qarşılanma mərasimi keçirilib.

Demokrat.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğan və Bruney Sultanı Vaddaulanın başçılıq etdiyi nümayəndə heyətləri arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib.

Daha sonra iki ölkə arasında əməkdaşlıq müqavilələri imzalanıb. Mərasimdə xarici işlər naziri Mövlud Çavuşoğlu, gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Mahmud Özer, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank iştirak ediblər.

Prezident Ərdoğan və Bruney Sultanı Vaddaulanın sədrliyi ilə baş tutan təkbətək və heyətlərarası görüşlərdən sonra birgə müqavilələr imzalanıb.

Günay Demokrat.az

NE
Nihadə Eyyubova