Dünya Özəl

Fransanı etirazlar bürüdü, nəqliyyatın hərəkəti iflic oldu

Fransanı etirazlar bürüdü, nəqliyyatın hərəkəti iflic oldu

Fransada Həmkarlar ittifaqları ölkəboyu genişmiqyaslı aksiyalar və nümayişlərlə prezident Emmanuel Makronun sosial təminat islahatlarına etiraz edirlər.

Demokrat.az xəbər verir ki, ölkənin aparıcı həmkarlar ittifaqlarından biri olan CFDT-nin sədri Laurent Berger bazar ertəsi radioda çıxışında deyib:

“Bütün işçiləri, vətəndaşları və təqaüdçüləri küçələrə çıxmağa, ölkədə aparılan islahatlara qarşı kütləvi nümayişlərdə iştirak etməyə dəvət edirəm. Bununla da ölkə ərazisində çoxsaylı aksiyalar başlayıb. Aksiyalarla əlaqədar ictimai nəqliyyatda böyük fasilələr yaranıb. Amma bu gecikmələrə baxmayaraq, xalq aksiya iştirakçılarını dəstəkləyir."

Qeyd etmək lazımdır ki, Həmkarlar ittifaqları həftələrlə davam edə biləcək aksiyalar nəticəsində ictimai nəqliyyatın tez-tez iflic olacağı barədə xəbərdarlıq ediblər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova