İran İslam Respublikasının xarici işlər naziriHüseyn Əmir Abdullahianın Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək üçün sabah Türkiyəyə səfər edəcəyi açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Qeyd olunub ki, nazir Abdullahian Ankarada türkiyəli həmkarı ilə görüşəcək.
Bununla yanaşı, onun digər nazirlərlə də görüşəcəyi nəzərdə tutulur.
O,eyni zamanda zəlzələnin baş verdiyi Adıyaman vilayətinə də səfər edəcək.
Aysu Demokrat.az


