Media Özəl

Elçin Şıxlı: "Oğurluqla, qaçaqmalçılıqla məşğul olan korrupsionerlər DTX-nın fəaliyyətindən ciddi narahatdır"

Elçin Şıxlı: Oğurluqla, qaçaqmalçılıqla məşğul olan korrupsionerlər DTX-nın fəaliyyətindən ciddi narahatdır

"Son illər Dövlət Təhlükəsizliyi Xidmətinin işi kifayət qədər güclüdür. Bilirik ki, bu qurum bir çox hallarda daxili işlərlə məşğuldur. Düşünürəm ki, əgər Azərbaycanda KİV-lərə, internet saytlarına hücum olunursa, hansısa feyk informasiyalar yayılırsa və s. onları bizim daxili qüvvələr də təşkil edə bilər. Yəni, bunu edənlər DTX-nın fəaliyyətindən narahat olan daxili qüvvələrdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" nəşrlərinin təsisçisi Elçin Şıxlı deyib.

Tanınmış jurnalist qeyd edib ki, Azərbaycanda oğurluqla, qaçaqmalçılıqla məşğul olan korrupsionerlər DTX-nın fəaliyyətindən ciddi narahatdır:

"Bundan başqa, xarici ölkələrdən narkotik ticarəti ilə məşğul olanlar və İrana bağlı qüvvələr də DTX-nın ayıq-sayıq fəaliyyətindən narahat ola bilər. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti kifayət qədər güclü təşkilatdır. Ona görə də bu qurumu hansısa xaricdən tirajlanan təxribat və yalan xarakterli informasiyalarla sarsıtmaq mümkün deyil. Amma bir media nümayəndəsi kimi və ictimai rəyin dəstəyi baxımından istəmərəm ki, bizim Dövlət Təhlükəsizliyi Xidməti haqqında bu cür feyk informasiyalar getsin və onların işinə kimsə xələl gətirməyə cəhd etsin".

Aynurə Demokrat.az

D
demokrat.az