Kriminal Özəl

Ağcabədidə bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Ağcabədidə bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən Bayram Xudaverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 14-nə təyin olunub. İttihama görə, 26 yaşlı Bayram Xudaverdiyev münaqişə zəminində bacısı 30 yaşlı Lamiyə Abdullayevanı qətlə yetirib.

Bayram Xudaverdiyev hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Bayram Xudaverdiyevin barəsində Cinayət Məcəlləsinni 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az