Üç aydan çoxdur kütləvi zəhərlənmə hallarının müşahidə edildiyi İranda indiyədək 230 məktəbdə 5 mindən çox şagird zəhərlənib.
Demokrat.az xəbər verir ki, İran parlamentinin zəhərlənmə halları üzrə araşdırma komissiyasının üzvü Məhəmməd Həsən Əsferi mövzu ilə bağlı açıqlama verib.
Əsferi bildirib ki, kütləvi zəhərlənmə hadisələri ilə bağlı Kəşfiyyat, Daxili İşlər, Təhsil, Səhiyyə nazirlikləri, İnqilab Keşikçiləri və polis qüvvələrinin iştirakı ilə toplantı keçirilib.
Yığıncaqda təqdim olunan hesabatlara toxunan parlament üzvü 30 noyabr 2022-ci ildən bəri 230 məktəbdə 5 mindən çox qızın zəhərləndiyini açıqlayıb.
Zəhərlənmənin səbəbini müəyyən etmək üçün müxtəlif testlər aparıldığını bildirən İran rəsmisi zəhərin növü və ya mənbəyini müəyyən etmək mümkün olmadığını və araşdırmaların davam etdiyini bildirib.
Aysu Demokrat.az


