Xarici siyasət Özəl

Sabiq nazir: “Bizə 1 güllə atılsa, cavabımız 10 güllə olacaq”

Sabiq nazir: “Bizə 1 güllə atılsa, cavabımız 10 güllə olacaq”

"Biz açıq şəkildə deməliyik ki, Qarabağ bölgəsində silahlı gəzən hər bir şəxs bizim qanuni hədəfimizdir".

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Sabiq xarici işlər naziri bildirib ki, istənilən yerdə bu qayda tətbiq olunur:

"Bu qayda Rusiyada, Fransada, Almaniyada da var. Yəni, birmənalı şəkildə qanunsuz silah gəzdirən və istifadə edənlər məhv olmalıdır. Çünki həmin şəxs artıq terroristdir. Bu fəaliyyət onsuz da olacaqdır. İndi mən istisna etmirəm ki, Azərbaycan tərəfindən lazımi şəkildə qisas əməliyyatları keçiriləcək. Çünki biz düşməni o fikri öyrətməliyik ki, "əgər bizə tərəf bir güllə açılarsa, cavab olaraq biz 10 gülləni onlara tərəf açacağıq". Yəni, məntiq belə olmalıdır. İsrail kimi biz də hər bir terror aktına cavab verməliyik, necə ki, qardaş Türkiyə də cavab verir. Rəsmi bəyanatlara fikir versəniz görməzsiniz ki, hansısa milli mənsubiyyətə aid fikirlər səsləndirilir. Bu da bəllidir. Bu, rəsmi siyasətdir və hesab edirəm ki, biz bu nümunəni götürüb, onu istifadə etməliyik".

Aynurə Demokrat.az

D
demokrat.az