Region Özəl

Politoloq: "Avropa müşahidəçiləri Ermənistana gələndən bəri ermənilər cəsarətlənib"

Politoloq: Avropa müşahidəçiləri Ermənistana gələndən bəri ermənilər cəsarətlənib

"Avropa müşahidəçiləri regiona gələndən bəri ermənilər özlərinə daha da güvənməyə başlayıb. Hesab edirlər ki, artıq bunların arxasında müəyyən qüvvələr var və bu qüvvələr bunları müdafiə etməyə hazırdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib.

Sabiq diplomat qeyd edib ki, ermənilər bir məsələdən xəbərsizdilər:

"Görünür ki, bəlkə də yadlarından çıxıb ki, Azərbaycan heç vaxt öz torpaqlarında belə terror aktlarının törədilməsini ilə razılaşmayacaq və buna adekvat bir cavab verək. Bu, reallıqdır və bunlar bunu başa düşməlidir! Erməni mətbuatında bu təxribatın səbəbləri barədə müxtəlif gülünc doğuran yazılar yazılır. Onlar guya ki, hansısa posta gedirdilər, kimisə dəyişdirməyə çalışırdılar və maşında silah yox idi. Bunlar hamısı cəfəngiyatdır! Avropa müşahidəçiləri bəyanatdan başqa heç bir addım ata bilməyəcəklər. Çünki hamı yaxşı dərk edir ki, Qarabağ Ermənistanın ərazisi deyil, Azərbaycanın ərazisidir. Bu, Ermənistanın sərhədi deyil. Bu, Azərbaycanın Qarabağ ərazisidir! Bunu heç sübut etməyə də ehtiyac yoxdur. Bunu özləri başa düşməlidir və avropalılar da düşünürəm ki, bunu yaxşı dərk edir. Sadəcə olaraq özlərinə bir nəticə çıxarmalıdırlar!".

Aynurə Demokrat.az

D
demokrat.az