Kriminal Özəl

"Tərtər işi" ilə bağlı mühakimə olunanların məhkəməsinin vaxtı açıqlandı

Tərtər işi ilə bağlı mühakimə olunanların məhkəməsinin vaxtı açıqlandı

"Tərtər işi" ilə bağlı həbs edilən – Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Demokrat.az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası martın 14-nə təyin olunub.

Qeyd edək ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində, hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az