Pakistan polisi keçmiş baş nazir İmran Xanı həbs etmək üçün onun Lahordakı evinə gedib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Məlumata görə, polis İmran Xanı həbs etməyə getsə də, onu Lahordakı evində tapa bilməyib. Partiya tərəfdarları isə İmran Xanın evinin ətrafına toplaşmağa çağırılıb. Bu çağırışdan sonra küçələrə çıxan İmran Xanın tərəfdarları polisin qarşısını almağa çalışıb.
Aysu Demokrat.az


