Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT baş katibi Antonio Quttereşlə görüşüb.
Türkiyəli diplomat bu barədə öz “Twitter” hesabında paylaşım edib.
“Zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkür etdik. Əziz Əminə Ərdoğanın sıfır tullantı təşəbbüsü, Ukraynadakı vəziyyəti və İstanbul Taxıl Müqaviləsini müzakirə etdik”.- deyə nazir qeyd edib.


