Ucarda ağır yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. "Hyundai" markalı avtomobil yoldan çıxaraq su arxına aşıb.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.


