Dünya Özəl

Misirdə Böyük Giza piramidasında gizli dəhliz tapıldı

Misirdə Böyük Giza piramidasında gizli dəhliz tapıldı

Misirdə Böyük Giza piramidasında gizli dəhliz tapıldı

Misirdə səlahiyyətlilər Giza şəhərində Böyük Giza Piramidasının əsas girişinin üstündə gizli dəhliz aşkar etdiklərini açıqlayıblar.

Demokrat.az "BBC türk"-ə istinadən xəbər verir ki, doqquz metr uzunluğunda və 2,1 metr enində olan dəhliz endoskopik kameralarla görüntülənib.

Səlahiyyətlilər, dəhlizin piramidanın başqa bir hələ öyrənilməmiş otağına apara biləcəyini və ya piramidanın girişindəki təzyiqi azaltmaq üçün tikilə biləcəyini söyləyib.

Qeyd edək ki, bu piramidada dəhliz ilk dəfə 2016-cı ildə muoqrafiya adlı görüntüləmə texnikasından istifadə edilərək aşkarlanıb.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova