Lvovda Ukrayna Prezidenti Volodimr Zelenski Niderlandın xarici işlər naziri Wopke Hoekstra və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb.
Bu barədə prezidentinmətbuat xidmətindənbildirilib.
"Dövlət başçısı Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri Niderland və Estoniyanın Ukraynaya göstərdiyi əhəmiyyətli müdafiə, maliyyə, enerji və hüquqi dəstəyə görə minnətdarlığını bildirib", - məlumatda deyilir.
Zelenski Nideland xarici işlər nazirinə cəbhədəki vəziyyət və Ukrayna müdafiə qüvvələrinin ehtiyacları barədə məlumat verərək, tərəfdaşların dərhal qərar qəbul etməsinin vacibliyini vurğulayıb.
Zelenski Hollandiya hökumətinin Haaqada Ukraynaya qarşı təcavüzün cinayətinin araşdırılması üzrə Beynəlxalq Mərkəzin yaradılması barədə qərarına görə minnətdarlığını bildirib.
"Bu, Rusiya təcavüzünün cinayətinə görə Xüsusi Tribunalın yaradılması istiqamətində mühüm addımdır".
Onlar həmçininUkraynanın Sülh Formulu ilə bağlı təşəbbüsünün həyata keçirilməsi və onun icrası ilə bağlı qlobal sammitin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Leyla Demokrat.az


