Dünya Özəl

ABŞ-ın Ukraynaya yeni hərbi paketinin məbləği nə qədər olacaq?

ABŞ-ın Ukraynaya yeni hərbi paketinin məbləği nə qədər olacaq?

ABŞ lideri Co Baydenin administrasiyası Ukraynaya yeni hərbi yardım paketi elan etməyi planlaşdırır.

ABŞ-ın yeni hərbi yardım paketi təxminən 400 milyon dollar olacaq.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, yardımAlmaniya hökumətinin başçısı Olaf Şoltsun səfəri çərçivəsində baş verəcək.

Ukraynaya edilən yeni hərbi yardıma HIMARS qurğuları, 155-mm və 105 mm-lik qırıcılarla artilleriya sistemləri, həmçinin zirehli körpü qatları - xəndəklər və dar su baryerləri üzərində körpülərin tikilməsində istifadə olunan sistemin daxil olacağı gözlənilir.

Bu yardım Ukrayna üçün unikal hal olacaq. Çünki indiyədək Kiyev ABŞ-dan belə sistemlər almayıb.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova