Sosial

Bu gün məktəblərdə “Son zəng” çalınacaq

Bu gün məktəblərdə “Son zəng” çalınacaq

Bu gün Azərbaycanda 2018/2019-cu tədris ili başa çatır və ümumi təhsil məktəblərində “Son zəng” çalınacaq.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir müəssisənin ərazisində təşkil olunacaq.

2018/2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir. (APA)

D
demokrat.az