"Rusiya son 24 saat ərzində Ukrayna ərazisinə 24 hava və 3 raket hücumu edib".
Demokrat.az xəbər verir ki, bu haqda Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda rus əsgərlərinin Çasov Yar və Zaporojye şəhərlərinə 3 raket atdığı qeyd olunub.
Bildirilir ki, Rusiya qüvvələri çoxlüləli reaktiv yaylım atəşi sistemləri ilə mülki infrastrukturlara, o cümlədən Sumı rayonunun Ulanove kəndinin infrastrukturuna 55-dən çox hücum həyata keçirib.
Məlumata görə, rus əsgərləri Donetsk bölgəsinə də hücum edib. Baxmut istiqamətində irəliləyərək hücüma keçdiyi bildirilir.
Ukrayna hərbi hava qüvvələrinin rus əsgər və texnikasının cəmləşdiyi bölgələrə 13 dəfə zərbə endirdiyi qeyd edilib.
Arzu Demokrat.az


