Gündəm Özəl

"Azərbaycan yerli erməni icması ilə danışıqlara hazırdır" — Politoloq

Azərbaycan yerli erməni icması ilə danışıqlara hazırdır — Politoloq

"Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağın üçüncü bir tərəf olmasını gündəmə salaraq danışıqlar prosesini sıfıra endirmişdi. Paşinyanın sonrakı qeyri-adekvat açıqlamaları və Azərbaycana yönəlik Ermənistan tərəfindən həyata keçirilən təxribatlar Azərbaycanın adekvat cavabına və İkinci Qarabağ müharibəsinə gətirib çıxardı".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O, qeyd edib ki, hazırda əsas məqsəd orada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının baş tutmasıdır:

"Çünki birdən-birə Azərbaycan Xankəndidə, Xocalıda öz hakimiyyətini, suverenliyini həyata keçirsə, o zaman yerli ermənilərlə rəhbərlik arasında problem və münaqişə ola bilər. Bu baxımdan, Azərbaycan ilk növbədə çalışır ki, danışıqlar yoluyla, ziyalı dini təbəqələrin qarşılıqlı səfərləri və danışıqlar yoluyla ilk olaraq tərəflər arasında etimad möhkəmlənsin. Qarabağın yerli erməni icmasının Azərbaycana qarşı etimadı yaranmış olsun. Bu, sözsüz ki müəyyən vaxt tələb edən məsələdir.

Prezidentimiz Münhen konfransında bildirdi ki, Azərbaycan tərəfi yerli erməni icması ilə danışıqlara hazırdır. Amma kənardan ora gətirilmiş biriləri ilə deyil. Bununla da, ölkə başçısı açıq şəkildə bəyan etdi ki, Vardanyanla müzakirə aparılmayacaq. Bu, əslində Azərbaycanın hazırkı mövqeyinə uyğun mövqedir. Rəsmi İrəvanın bu cür müraciət səsləndirməsi ona dəlalət edir ki, Paşinyan rəhbərliyi də Azərbaycanla müəyyən razılıqlar əldə etməyə meyillidir. İlk növbədə düşünürəm ki, Paşinyan rəhbərliyi kommunikasiya xətlərinin açılmasında müəyyən marağı var. Çünki Ermənistanın sonrakı inkişafı məhz bundan asılıdır".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova