PSJ-nin ulduz futbolçusu Kilian Mbappe "Omuz-Omuza" kampaniyasına dəstək olmaq üçün canlı yayıma qoşulub.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Acun Ilıcalının aparıcılıq etdiyi verilişə bağlanan fransalı hücumçu Türkiyəyə dəstəyini ifadə edib.
"Baş verənlər dəhşətli faciədir. Təsəvvür edə bilməyəcəyimiz qədər böyük hadisə baş verib. Türkiyənin nələr çəkdiyini təsəvvür etmək belə çox dəhşətlidir. Açığı, bu layihənin bir parçası olduğum üçün qürur duyuram" - forvard bildirib.
Mbappe uşaqlara yardımla bağlı isə bunları dilə gətirib:
"Uşaqlara kömək etmək üçün əlimdən gələni edəcəyəm. Birincisi, təbii ki, insanların və uşaqların arzuları çox önəmlidir. Onlar üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Ümid edirəm ki, biz bir çox uşaqların təbəssümlərini az da olsa geri qaytara bilərik."
Arzu Demokrat.az


