Gündəm

Hacı Şahinin cənazəsi Məşədi Dadaş məscidinə gətirilib

Hacı Şahinin cənazəsi Məşədi Dadaş məscidinə gətirilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahinin Həsənlinin ölümünü təsdiqləyirik.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

"Səhər saatlarında dünyasını dəyişib. Artıq yuyulub və özünün fəaliyyət göstərdiyi Məşədi Dadaş məscidinə aparılıb. Ölüm səbəbi barədə məndə məlumat yoxdur. Dəfni ilə bağlı ətraflı məlumat veriləcək. Bizim bildiyimiz qədərilə uzun sürən bir xəstəliyi yox idi",- deyə o söyləyib.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələri onun ölüm səbəbinin ürəktutması olduğunu yazıb.

D
demokrat.az