Siyasət Özəl

“Mərkəzi Asiya uğrunda mübarizə Çinlə ABŞ arasında gedir” — ŞƏRH

“Mərkəzi Asiya uğrunda mübarizə Çinlə ABŞ arasında gedir” — ŞƏRH

“ABŞ-ın dövlət katibi Entoni Blinkenin Mərkəzi Asiyaya səfəri ondan xəbər verir ki, geosiyasi rəqabət müstəvisində Qərb Rusiya ilə mübarizə aparacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, Mərkəzi Asiya, xüsusilə Özbəkistan, Qazaxıstanla bağlı ABŞ-la birlikdə strateji bir layihələrdə həyata keçirirlər:

“Mərkəzi Asiya uğrunda mübarizə Çinlə ABŞ arasında gedir” — ŞƏRH
“Bundan əlavə Çinin də iqtisadi baxımdan regiona ciddi təsirləri var. Entoni Blinkenin Mərkəzi Asiyaya səfəri Çinlə geosiyasi rəqabət fonunda məhz ABŞ öz mövqeyini gücləndirir. Hesab edirəm ki, proseslər Birləşmiş Ştatların lehinə dəyişəcək. Rusiyanın mövqeyinə gəldikdə isə düşünmürəm ki, Rusiya artıq Mərkəzi Asiyada güclənsin. Çünki Rusiya-Ukrayna müharibəsində Rusiya ciddi dayaqlarını itirir. Təbii ki, bu ehtimal da var, amma ümumi götürdükdə artıq Mərkəzi Asiya uğrunda mübarizə Çinlə ABŞ arasında gedir. Entoni Blinkenin səfəri bu xüsusda ABŞ-ın yeni dünya düzənində regionda fəal siyasi, iqtisadi, hərbi əməkdaşlıq fonunda mövqeyini daha da gücləndirəcək. Konkret olaraq, Özbəkistana, Qazaxıstana və digər Mərkəzi Asiya ölkələrinə ABŞ daha yaxın əlaqələrə, quru region ölkələrinin təhlükəsizliyinə töhfə verəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az